ABŞ Senatı: "Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir"

2-12-2018, 10:18           
ABŞ Senatı: "Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir"
Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin yeni rəhbəri Ceyms İnhof bildirib.

C.İnhof deyib: "Əgər Türkiyə F-35 proqramında qalmaq istəyirsə, onlar Rusiyadan S-400 sistemləri almaqdan imtina etməlidirlər".

O, əlavə edib ki, Türkiyə ABŞ-ın NATO üzrə çox mühüm tərəfdaşıdır və onlar bu statusa uyğun fəaliyyət göstərməlidir: "Türkiyə Rusiya və Qərb arasında seçim etməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.