ABŞ və Çin liderləri: KXDR ətrafında vəziyyətlə bağlı böyük irəliləyişlər var
2-12-2018, 10:28
ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Çzinpin Buenos-Ayresdə görüş zamanı KXDR ətrafında vəziyyətlə bağlı böyük irəliləyişin olduğunu qeyd ediblər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
"Şimali Koreya məsələsi barəsində əhəmiyyətli irəliləyişlə bağlı ortaq mövqe əldə edilib", - deyə Sandersin yaydığı bəyanatda deyilir.
O, bildirib ki, tərəflər Koreya yarımadasını nüvəsizləşdirməyə çalışacaqlar.
"Prezident Tramp KXDR sədri Kimə dostluq münasibətini və hörmətini ifadə edib", - deyə Sanders əlavə edib.