Rəsmi Moskvadan Poroşenkonun bəyanatına maraqlı şərh:"Rusiya Avropanı barbarlıqdan qoruyur"

3-12-2018, 07:17           
Rəsmi Moskvadan Poroşenkonun bəyanatına maraqlı şərh:"Rusiya Avropanı barbarlıqdan qoruyur"
“Rusiyanın Ukrayna şəhərləri – Mariupol və Berdyanskı ələ keçirəcəyi ilə bağlı Prezident Pyotr Poroşenkonun iddiasından sonra əminliklə deyə bilərik ki, Rusiya Avropanı barbarlıqdan, tiranlıqdan, terrorizmdən, aqressiyadan, militarizmdən qoruyur”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Qeyd edək ki, Poroşenko alman mediasına müsahibəsində Krımla Donbas arasında quru yolla dəhlizin açılması üçün Rusiyanın Mariupol və Berdyansk şəhərlərini ələ keçirməyi planlaşdırdığını demişdi/Axar.az.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.