ABŞ Rusiyaya sanksiyaların növbəti dalğasına başlayır
3-12-2018, 07:20
ABŞ Skripal işi ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə TASS agentliyinə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Qeyd edək ki, ABŞ Skripal işiylə bağlı Rusiyaya qarşı ilk sanksiyaları 27 avqustda tətbiq etmişdi. Bundan sonra Moskvaya Qərbin tələblərinin icrası üçün 90 gün vaxt vermişdi. 90 gün keçsə də, Rusiya hələlik heç bir addım atmayıb.
Əgər sanksiyaların ikinci hissəsi tətbiq olunarsa, o zaman ABŞ Rusiya ilə diplomatik münasibətləri azaldacaq və ya dayandıracaq, ABŞ mallarının Rusiyaya ixracına tam qadağa qoyacaq, eləcə də rus mallarının ABŞ-a girişini dayandıracaq, Rusiyanın bütün aviaşirkətlərinin təyyarələrinin ABŞ-a eniş etmə haqqını ləğv edəcək.