Senic Osmaqızı və Mirşahin Ağayev mübahisəsinə Sevil Nuriyeva münasibət bildirdi : "Ayıbdır,ayıb…ÜNVANLI….

4-12-2018, 18:29           
Senic Osmaqızı və Mirşahin Ağayev mübahisəsinə Sevil Nuriyeva münasibət bildirdi : "Ayıbdır,ayıb…ÜNVANLI….
Sevil Nuriyevadan Mirşahinə qınaq – Osmanqızına dəstək

Tanınmış jurnalist Sevil Nuriyeva Mişahin Ağayev tərəfindən Sevinc Osmanqızının efirdə intim ifadələrlə təhqir edilməsinə münasibət bildirib.

Azərbaycan 24 onun mövqeyini olduğu kimi təqdim edir:

“Sevinc Osmanqızı yaxşı jurnalist ve şəhid, şərəfli atanın yadigarıdır…Xanımdır ve anadır…

Onun ünvanına söylənən həqarətdən FB paylaşımlarından indicə xəbər tutdum. Sonuna qədər baxa bilmədim. Baxmaq istəmədim. Sevincin cavabını dinlədim. Sonuna qədər baxdım. Bir xanımın ünvanına söylənən çirkaba etiraz olaraq, Sevinc Osmanqızının indiyə qədər seyr etmədiyim səhifəsini təqib etməyi ve seyr etməyi seçdim…Siyasi görüşlər arasında nə qədər fərq olursa olsun, yazılmayan qanunlar pozularsa, cəmiyyətin təbii balansı pozular. Sonra üz-üzə baxmağa kimsənin üzü qalmaz…
Not…Ayıbdır,ayıb…ÜNVANLI….












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.