OPEC+ tarixi qərar verməyə hazırlaşır, neftin qiyməti kəskin artacaq

5-12-2018, 07:22           
OPEC+ tarixi qərar verməyə hazırlaşır, neftin qiyməti kəskin artacaq
Qərar 6-7 dekabr tarixlərində OPEC + nazirlərinin görüşündə qəbul oluna bilər

OPEC+ ölkələri gündəlik neft hasilatının 1,3 milyon barel azaldılması haqqında saziş üzərində işləyir. Bu barədə Sputnik Azərbaycan xəbər verir ki, bunu "Reuters" danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən xəbər verir.

"Danışıqlar heç bir tərəf istisna olmamaq şərti ilə oktyabr ayında olan hasilatdan 3 -3,5% aşağı səviyyədə neft hasilatını saxlamaq istiqamətində aparılır", - deyə agentlikdən bildirilib.

2019-cu il üçün neft hasilatına dair yürüdüləcək siyasət barədə qərar 6-7 dekabr tarixlərində OPEC + nazirlərinin görüşündə qəbul oluna bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.