Ukrayna yüksək rütbəli 8 rusiyalını axtarışa verdi
5-12-2018, 07:58
Ukrayna Rusiyanın yüksək rütbəli 8 hərbçisini axtarışa verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Cənub regionunun hərbi prokurorluğu Kerç boğazında yaşanan insident səbəbilə 8 Rusiya vətəndaşı haqqında axtarış elan edib.
Ukrayna Baş Prokurorluğunun saytında verilən məlumatda bildirilib ki, axtarılanlar FTX-nin Sərhəd Xidmətinin rəisi, kontur-admiral Sergey Stankeviç, xidmətin rəhbər köməkçisi vitse-admiral Gennadi Medvedyev, Regional Xidmət İdarəsinin sədri, birinci dərəcəli kapitan Ruslan Romaşkindir.
Bundan əlavə, rusiyalı kapitanlar Andrey Şein, Aleksey Şatoxin, Aleksey Salayev, Andrey Şpiçin və Sergey Şerbakov da axtarış siyahısındadır.