"Neft hasilatının azaldılmasına dair yekdil rəyə gəlmək barədə söhbət açmaq hələ tezdir"
5-12-2018, 18:47
"OPEC+ ölkələrinin neft hasilatının azaldılmasına dair yekdil rəyə gəlməsi barədə söhbət açmaq hələ tezdir".
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Tamər əl-Qədban deyib.
“Qarşıda görüləcək hələ çox işimiz var. Məsələnin həll olunduğunu demək hələ tezdir”, - deyən nazir razılığın əldə olunacağına ümidvar olduğunu vurğulayıb.
Qeyd edək ki, dekabrın 5-də Vyanada OPEC+in Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək. İclasda saziş üzvü olan ölkələrin bazarı balanslaşdırmaq üçün neft hasilatını azaltmalı olub-olmamasına dair tövsiyələr veriləcək. Dekabrın 6-da bu tövsiyələr OPEC konfransında, ardından isə dekabrın 7-də bütün OPEC+ ölkələri tərəfindən müzakirə olunacaq.