Bakıya rüşvət ittihamı: “Bahalı xalılar, qızıl suyuna çəkilən qab-qacaq”

31-10-2015, 14:27           
Bakıya rüşvət ittihamı: “Bahalı xalılar, qızıl suyuna çəkilən qab-qacaq”
ABŞ Konqresinin hazırladığı hesabatda Fətullah Gülənin rəhbərlik etdiyi "Paralel hökumət" qruplaşmasının 2013-cü ildə Azərbaycanda təşkil etdiyi konfransdakı qeyri-qanuni əməlləri yer alıb.

BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hesabatda Nümayəndələr Palatasında təmsil olunan şəxslərin paralel hökumətin təşkilatçılığı ilə qatıldığı səyahətdə aldıqları minlərlə dollarlıq hədiyyələri və 100 min dollarlıq yol xərcləri öz əksini tapıb. 2013-cü ildə Bakıda keçirilən ABŞ-Azərbaycan konfransına qatılan amerikalı konqresmenlərin səyahət yardımı və hədiyyələr aldıqları bildirilir.

Konqres qanunlarına görə, millət vəkilləri 50 min dollar dəyərində hədiyyə almağa imkan verən qanunları pozaraq Türkiyə və Azərbaycandan bahalı hədiyyələr aldıqları bildirilir. Konqresmenlardən Leonard Lancenin 10 min dollar dəyərində xalça aldığı da yayılan xəbərlər arasındadır. Bundan başqa, konqresmenlərin büllur çay dəsti, ipək şal, çantalar və qızıl suyuna çəkilmiş bahalı qab-qacaqlar aldıqları hesabatda öz əksini tapıb.

Bu bahalı hədiyyələrin Amerika Vergi Departamentində qeydiyyata alınmadığı göstərilib. "USA Today” qazeti isə "Paralel hökumət"in maliyyələşdirdiyi səyahətlərin məsrəflərinin 800 min dollara çatdığını yazır. Səyahət edilən ölkələrdəki xərcləri də bu məbləğin üstünə gəlsək rəqəmlərin daha da şişdiyi bildirilir. Qazet belə böyük məsrəfi qarşılayacaq qaynaqların göstərilmədiyindən 800 min dolların haradan gəldiyini şübhə altına alır.

"USA Today" səfər çərçivəsində konqresmenlərin "Paralel hökumət"in təsirində olan media mənsubları və iş adamları ilə eyni anda görüş keçirdiklərini yazaraq, maliyyə mənbəyinə üstüörtülü şəkildə işarə vurur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.