Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı - İLGİNC
Dünən, 08:52

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel hazırkı ABŞ prezidenti Donald Trampın Rusiya ilə əlaqələri ilə bağlı başladılmış istintaqla əlaqədar gizli sənədlər aşkarlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus Digital” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, sənədlər büro daxilindəki gizli otaqda “yandırılacaq torbalarda” gizlədilmişdi.
Mənbələr qeyd ediblər ki, bu cür “torbalar” üzərində “məxfi” və ya daha yüksək qrif olan sənədlərin məhv edilməsi üçün istifadə olunur. Həmin otaqda minlərlə sənədin olduğu bir neçə belə torba aşkarlanıb.
Məqalədə vurğulanır ki, FTB əməkdaşlarının yandırılacaq torbada tapdığı sənədlərdən biri keçmiş xüsusi prokuror Con Daramın yekun hesabatına əlavə edilmiş və onun tərəfindən nəzərdən keçirilmiş məlumatları əhatə edən məxfi əlavəyə aid olub.
Məxfi əlavənin məxfiliyinin aradan qaldırılması prosesi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratklif, Kaş Patel, Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard, baş prokuror Pam Bondi və Milli Təhlükəsizlik Agentliyinin direktor vəzifəsini icra edən Uilyam Hartman arasında sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Məqaləyə görə, bu məxfi əlavənin Senatın Ədliyyə Komitəsinin sədri Çak Qrassliyə təqdim olunacağı və nəhayət ictimaiyyətə açıqlanacağı gözlənilir.