Alimlər indiyə qədər elmə məlum olan ən böyük virusu aşkarlayıblar

Dünən, 11:08           
Alimlər indiyə qədər elmə məlum olan ən böyük virusu aşkarlayıblar
Sakit okeanın şimal subtropik dairəsində alimlər elmə məlum olan ən uzun "quyruğa" malik virus aşkar ediblər. Yeni tapıntı "PelV-1" adlandırılıb və mərcanlarla simbiozda yaşayan birhüceyrəli yosunlara "Pelagodinium sp." yoluxur.

Bu barədə "BioRxiv" elmi portalı məlumat yayıb.

Virus uzunluğu 2.3 mikrometrə çatan çevik "quyruğu" və əks tərəfindəki qısa, qalın çıxıntısı ilə fərqlənir. O, həmçinin 459 min cütdən ibarət qeyri-adi genoma sahibdir. Burada Krebs dövrəsi fermentləri, işığa həssas zülallar, rodopsin, akvoporinlər və fotosintezlə bağlı genlər yer alır. Bu genlər sayəsində virus yoluxduğu hüceyrənin enerji və maddələr mübadiləsini dəyişə bilir.

Bundan başqa, alimlər daha az yayılmış bir virus da (co-PelV) aşkar ediblər. Onun genetik materialı 504 min cütdən ibarətdir.

Hər iki virus "Mesomimiviridae" ailəsinə aiddir və dəniz qida zəncirində mühüm rol oynayan fitoplanktonlara təsir edir.

Tədqiqatçılara görə, bu nadir virusların öyrənilməsi okeanların məhsuldarlığı, qlobal biokimyəvi dövranlar və iqlim dəyişikliyi ilə bağlı yeni biliklər əldə etməyə imkan verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru