"Toyota" Tramp və hibrid sayəsində satış rekordu qırdı

Dünən, 09:08           
"Toyota" Tramp və hibrid sayəsində satış rekordu qırdı
"Toyota Motor" 2025-ci ilin birinci yarısı üçün avtomobillərin satışı və istehsal həcminə dair məlumatları dərc edib.

Valyuta.az xəbər verir ki, ilk 6 ayda Yaponiya konserni 5,16 milyon avtomobil satmağa nail olub. Bu, ötən illə müqayisədə nəinki 5,5% çoxdur, həm də ümumilikdə şirkət üçün rekord göstəricidir.

Donald Tramp ilin əvvəlində satışların artmasına əhəmiyyətli töhfə verib. ABŞ prezidentinin tətbiq etdiyi yeni idxal rüsumları səbəbindən qiymətlər qalxana qədər alıcılar avtomobili mümkün qədər tez almağa çalışıblar. Yapon istehsalçıları üçün ABŞ ən böyük xarici bazardır. Əvvəlcə Tramp Yaponiyadan gələn avtomobillərə 25 faiz rüsum tətbiq etmək niyyətində idi, lakin bu ay tərəflər bu dərəcəsi 15 faizə endirmək barədə razılığa gəliblər.

Bundan əlavə, rekord satışlara hibrid avtomobillərə yüksək tələbat kömək edib. Altı ayda konsernin satdığı 5,1 milyon avtomobilin demək olar ki, yarısı (43%) hibridlər olub.

Bu ilin ilk altı ayında "Toyota" dünya üzrə 4,9 milyon avtomobil istehsal edib ki, bu da illik müqayisədə 5,8 faiz çoxdur, Yaponiyanın özündə isə istehsal təxminən 20 faiz artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru