"Qazprom-Media" holdinqinin baş direktorunun müavini, media meneceri Tina Kandelaki Ukraynada ölkənin Təhlükəsizlik Xidməti (UTX) tərəfindən axtarışa verilib.
Bu barədə bildiriş UTX-nin məlumat bazasından yerləşdirilib.
Kandelaki 2022-ci ilin martından Ukraynada axtarışa verilib. O, "Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd"də ittiham olunub.
Bundan əlavə, Kandelakinin şəxsi məlumatları 2017-ci ildən Krıma səfərlər və Rusiyanın hərəkətlərinə dəstək üçün Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.