ABŞ-də 15 milyon dollara yürüş treki satılır Dünən, 10:57 ABŞ-nin Miçiqan ştatında avtomobil idman kompleksi satışa çıxarılıb.Oxu.Az bu barədə "The Drive" nəşrinə istinadla xəbər verir.İdman obyektinin dəyəri 15 milyon dollar məbləğində qiymətləndirilir.Bildirlir ki, "Gratten Raceway" kompleksində bir neçə yürüş treki, hovuz, piknik üçün meydançalar və üstüörtülü tribunalar da var.Sahəsi 360 hektardan çox olan kompleks 1960-cı illərin əvvəlində istifadəyə verilib və bir ailəyə məxsusdur. Facebook-da paylaş