Azərbaycanda bu müavinətlər artıb - Nazirlik məlumat yaydı

Dünən, 11:08           
Azərbaycanda bu müavinətlər artıb -
2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketinin icrası digər sosial ödənişlər kimi birdəfəlik müavinətlərdə də ciddi artımlara imkan verib.

TEREF xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə birdəfəlik müavinətlərin məbləği uşağın anadan olmasına görə 6,7 dəfə artırılaraq 600 manata, dəfn üçün isə 5 dəfə artırılaraq 600 manata çatdırılıb.

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətdə də 1,5 dəfə artım olub və hazırda məbləği 300 manatdır.

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin məbləği isə 2018-2025-ci illərdə 3,5 dəfə artırılaraq 1600 manata çatdırılıb.

©Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru