Bu gecə Kiyevdə dəhşət yaşandı: 2 ölü, 50 yaralı var – FOTO-VİDEO

Dünən, 08:57           
Bu gecə Kiyevdə dəhşət yaşandı: 2 ölü, 50 yaralı var – FOTO-VİDEO
Rusiya iyulun 31-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, ilkin olaraq Kiyevə zərbə dronları ilə hücum edilib, Ukrayna paytaxtında partlayış səsləri eşidilib.

Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram səhifəsində bildirib ki, dron hücumları nəticəsində Solomenski, Şevçenko, Svyatoşin rayonları zərər görüb. Çoxmərtəbəli yaşayış binasında, təhsil müəssisəsində, müxtəlif ünvanlarda yanğın baş verib. Həmçinin onlarla avtomobil yanıb. Kütləvi dron hücumundan sonra Kiyevdə ikisi uşaq olmaqla 10-dan artıq mülki şəxs xəsarət alıb.

Ukrayna paytaxtına daha sonra ballistik raketlərlə hücum edilib. Timur Tkaçenkonun məlumatına görə, Şevçenko və Svyatoşin, Qoloseyev rayonlarında yaşayış binalarına ciddi ziyan dəyib.

Alınan son məlumata görə, Kiyevdə 2 nəfər həyatını itirib, 50-dən çox insan yaralanıb. Bu barədə Timuр Tkaçenkо məlumat verib.

Onun sözlərinə görə, təxminən 30 nəfər xəstəxanalara yerləşdirilib. Yaralananlar arasında 9 uşaq da var.

Hazırda şəhərdə xilasetmə və tibbi yardım tədbirləri davam edir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru