Kimlər bu dəfə deputat olmadı – SİYAHI

3-11-2015, 14:45           
Kimlər bu dəfə deputat olmadı – SİYAHI
Trend IV çağırış Milli Məclisdə təmsil olunan və Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi ilkin nəticələrə görə, noyabrın 1-də keçirilən parlament seçkilərində mandat qazanmayan deputatların kimliyini araşdırıb.

MSK-nın elan etdiyi ilkin nəticələrə görə, 1 noyabrda keçirilən V çağırış parlament seçkilərində bu deputatlar parlamentə mandat qazanmayıblar:

İsmayıl Hacıyev - 6 saylı Culfa-Babək seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü

Etibar Hüseynov - 15 saylı Yasamal birinci seçki dairəsindən, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü

Abel Məhhərəmov - 16 saylı Yasamal ikinci seçki dairəsindən, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü

Qalib Salahzadə - 27 saylı Sabunçu ikinci seçki dairəsindən, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü

İqbal Ağazadə - 35 saylı Xətai üçüncü seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü

Aydın Abbasov - 35 saylı Xətai üçüncü seçki dairəsindən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

Leyla Abdullayeva - 41 saylı Sumqayıt birinci seçki dairəsindən, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü

Arif Alışanov - 45 saylı Abşeron seçki dairəsindən, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü

Arif Əşrəfov - 55 saylı Xaçmaz şəhər seçki dairəsindən, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü

Fərhad Qəribov - 57 saylı Kürdəmir seçki dairəsi, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü

Cəlal Əliyev - 62 saylı Saatlı seçki dairəsindən, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü

Ceyhun Osmanlı - 63 saylı Sabirabad birinci seçki dairəsindən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

Sabir Rüstəmxanlı - 72 saylı Yardımlı-Masallı seçki dairəsindən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

Aslan Cəfərov - 77 saylı Astara seçki dairəsindən, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü

Ayaz Orucov - 81 saylı Beyləqan seçki dairəsindən, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü

Ərəstun Cavadov - 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü

Elton Məmmədov - 91 saylı Ucar seçki dairəsindən, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini

İlyas İsmayılov - 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü

Əhməd Vəliyev - 107 saylı Qazax seçki dairəsindən, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü

Rəbiyyət Aslanova - 109 saylı Balakən seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

Nazim Fərəcov - 121 saylı Laçın seçki dairəsindən, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü

Mandat qazanmayanların sayı 21-dir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.