Elza Seyidcahan mətbuata çağırış etdi - VİDEO

3-11-2015, 22:20           
Elza Seyidcahan mətbuata çağırış etdi - VİDEO
“Seçki günü baş verən qanunsuzluq, saxtakarlıq, təzyiqlər və rüşvətxorluq barəsində geniş açıqlamalar verəcəm”.

Bu sözləri bəstəkar-müğənni Elza Seyidcahan musavat.com-a açıqlamasında bildirib. Bundan öncə 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd olan müğənni seçkilər zamanı səsvermənin saxtalaşdırıldığı barədə mətbut konfransı keçirəcəyini bildirib:

“Konfransda səsvermə zamanı bizə edilən rüşvət təklifindən tutmuş bütün biabırçı hallar barəsində danışacam. Hörmətli mətbuat nümayəndələri, sizi noyabrın 4-də Siyəzən şəhərində, qərargahımda keçirəcəyim mətbuat konfransına dəvət edirəm”.

Elza Seyidcahan seçki saxtakarlığı ilə bağlı musavat.com-a video da təqdim edib. Müğənninin dediyinə görə video 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 21 saylı məntəqəsində (Uzunboyat kənd orta məktəbi) lentə alınıb. Videoda seçici açıq-aşkar hər kəsin gözü qarşısında seçki qutusuna topa bülleten atır, məntəqə nümayəndələri isə bu saxtakarlığa göz yumur.

Qeyd edək ki, Milli Məclisə keçirilən V çağırış seçkilərin ilkin nəticələrinə görə, adı çəkilən dairə üzrə lider namizəd 71, 2 faiz səs toplayan Tahir Süleymanovdur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.