Rusiya iki qitəyə kabus yaşadacaq? - Ekspert

25-11-2019, 08:00           
Rusiya iki qitəyə kabus yaşadacaq? - Ekspert
Rusiyanın Avropaya kabus yaşadacağı ilə bağlı Ukrayna hərbi rəhbərliyinin açıqlaması Krımın Rusiya torpağı olmadığı bütün müddətcə tam həqiqəti əks etdirir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq, siyasi ekspert Yan Qanin deyib.

“Qısaca desək, situasiya güzgü kimi aydındır. Ukraynanın dövründə Krımı NATO bazası etməyə can atırdılar. Mütəmadi səfərlər, xarici hərbi gəmilər, Rusiyanın rəqib kimi göstərildiyi birgə hərbi təlimlər və s. bunu deməyə əsas verir. Krımda NATO planlarının tətbiqinin qarşısını alan yeganə qüvvə Rusiyanın Qara dəniz donanması idi. 2014-cü il - NATO-nun Krımda möhkəmlənməsinin qarşısının alınması ili idi", - deyə Qanin bildirib.

Xatırladaq ki, Ukrayna Baş Qərargahının rəhbəri Ruslan Xomçak bildirib ki, Krım Rusiyaya Aralıq dənizində hökmranlıq etmək üçün gərəkdir. O, əlavə edib ki, Rusiya hərbi bazası Şimali Afrikaya və Avropaya kabus yaşadacaq.

Qeyd edək ki, 2014-cü ilin martında Rusiya Krımı anneksiya edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru