Əli İnsanovun partiyası yaranmamış dağılır – Təşkilat Komitəsinin daha bir üzvü imtina etdi

26-11-2019, 16:10           
Əli İnsanovun partiyası yaranmamış dağılır – Təşkilat Komitəsinin daha bir üzvü imtina etdi
“Mən heç bir partiyanın üzvü deyiləm, olmaq fikrim də yoxdur”.
Bu sözləri Yenisabah.az-a adı keçmiş səhiyyə naziri Əli İnsanovun təsis etmək istədiyi Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsinin üzvləri sırasında yer alan hüquqşünas Mirədalət Talışxanov deyib. Məlumat üçün deyək ki, Mirədalət Talışxanov vaxtilə Masallı rayon Məhkəməsinin sədri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb.

O, bildirib ki, Əli İnsanovun təşkil etdiyi tədbirə hüquqşünas kimi dəvət alıb. “Bir dostum dəvət etmişdi. Mən partiya quruculuğuna aidiyyatım yoxdur. Orada təklif edildi, lakin mən heç bir partiyaya üzv olmaq istəmədiyimi dedim”, - deyə hüquqşünas vurğulayıb.

Tədbir iştirakçiları ilə fotoya gəlincə, Mirədalət Talışxanov deyib: “Dedilər şəkil çəkdirək, çəkdirdim. Ondan sonra çıxıb getmişəm. Sonradan adımı Təşkilat Komitəsinin üzvlərinin sırasına salıblar. Lakin yenə deyirəm ki, mən bu işdə yoxam”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru