NATO baş katibi Rusiyanı əsas təhlükə adlandırıb - VİDEO

1-12-2019, 10:07           
NATO baş katibi Rusiyanı əsas təhlükə adlandırıb - VİDEO
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın ittifaq üçün əsas təhlükə olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "France 24" xəbər verib.

O, bildirib ki, Rusiya nüvə silahının müasirləşdirilməsi ilə məşğul olur, orta və kiçik mənzilli raketlərinin zərərsizləşdirilməsi haqqında müqaviləyə riayət etmir. Bundan başqa, NATO baş katibi rəsmi Moskvanı öz hərəkətlərində inadlı adlandırıb.

Stoltenberq ittifaqın özünü "tarixdə ən güclü və müvəffəqiyyətli" kimi qiymətləndirib.

Onun fikirincə, NATO üzvləri tez dəyişən dünyaya müvəffəqiyyətlə uyğunlaşa biliblər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.