Ana Vətən Partiyası “Günəşli” neft yatağında insan itkisinə səbəb olan faciə ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir: Dekabr ayının 4-də Dövlət Neft Şirkətinin “Günəşli” yatağı 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın ölümlərə və çoxsaylı insan itkisinə səbəb oldu. Bu çətin anlarda qəlbimiz Azərbaycan xalqı ilə, doğmalarını itirən şəxslərlə bir döyünür. Baş vermiş faciəli hadisəyə görə dərindən kədərlənir, bütün Azərbaycan xalqına və həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, dünyasını dəyişənlərə Allahdan rəhmət və yaralılara şəfa diləyirik. Ana Vətən Partiyası baş verən faciədən siyasi məqsədlər üçün yararlanmaq təşəbbüslərini qətiyyətlə pisləyir və belə niyyətlərin insani dəyərlərlə bir araya sığmadığını ifadə edir teref.az