Türkiyə Böyük Britaniyanın başçılıq etdiyi "Ukrayna üçün dron koalisiyasına" qoşulub

5-07-2025, 08:24           
Türkiyə Böyük Britaniyanın başçılıq etdiyi "Ukrayna üçün dron koalisiyasına" qoşulub
Çox önəmli xəbər.
Latviyanın müdafiə nazirliyi bəyan etdi ki, Türkiyə Böyük Britaniyanın başçılıq etdiyi "Ukrayna üçün dron koalisiyasına" qoşulub.
"Ukrayna üçün dron koalisiyası" 11 yanvar 2024-cü ildə yaradılıb. Bu, Ukraynanın müdafiə və hücum imkanlarını artırmaq məqsədilə müttəfiq ölkələrin yaratdığı beynəlxalq təşəbbüsdür.
Koalisiyanın fəaliyyət istiqaməti:
- Ukrayna Silahlı Qüvvələrini müasir dronlarla təmin etmək(istehsal etmək, istehsalını maliyyələşdirmək, ya da 3-cü ölkələrdən almaq);
- Kəşfiyyat;
- Düşmən texnikası və mövqelərinə zərbələrin koordinasiyası;
- Radioelektron mübarizə;
- Artilleriya üçün koordinatların təyini və s.
Başqa sözlərlə "Ukrayna üçün dron koalisiyası" müharibədə böyük rol oynayır və həmin koalisiya Rusiya qarşı son dərəcədə mənfi münasibəti olan ölkələrdən ibarətdir.
Türkiyənin bu koalisiyaya qoşulması Rusiyaya çox sərt siyasi mesaj olmaqla yanaşı, Ukrayna üçün çox müsbət hərbi-texniki dəstəkdir.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru