İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanı Qasım Süleymaninin Rusiya Prezidenti Vladimir Putinlə ötən həftə Moskvada görüşdüyü bildirilib.
Axar.az xəbər verir ki, bu barədə İranın “Fars Xəbər Agentliyi” məlumat yayıb.
Məlumata görə, Süleymani Putinlə Suriya, İraq, Yəmən və Livanda cərəyan edən olaylarla bağlı fikir mübadiləsi aparıb.
Həmçinin o da vurğulanıb ki, Putin görüş zamanı Süleymaniyə “Dostum Süleymani” deyə müraciət edib.