Rusiya Prezidenti Vladimir Putin Brüssel danışıqlarına münasibət bildirib.
Axar.az xəbər verir ki, paytaxt Moskvada təşkil edilən “İnternet iqtisadiyyatı” forumunda çıxış edən Kreml rəhbəri danışıqlar zamanı masadan qalxan Brüssel rəsmisinin bir avropalı kimi davranmadığını deyib.
“Danışıqları pozan tərəfin Rusiya olduğunu söyləyirlər. Ancaq mübahisəli mövzuların müzakirə olunduğu toplantıda AB heyətinin başçısı “Oyun bitdi” deyib getdi. Bu bir avropalıya yaraşan hərəkət deyil. Buna baxmayaraq, danışıqlara qayıdacağımızı düşünürəm”, - Putin qeyd edib.