"Azərbaycana qırıcı satmağa qərar verənlər dövlətçilklərini Bakı və Ankaraya satıblar...”

9-04-2020, 10:22           
"Azərbaycana qırıcı satmağa qərar verənlər dövlətçilklərini Bakı və Ankaraya satıblar...”
"Azərbaycana qırıcı satmağa qərar verənlər dövlətçilklərini Bakı və Ankaraya satıblar...”

Moderator.az-ın məlumatına görə, iki gündür ki, erməni mediası Rusiyanın Su 35 və MiQ 35 qırıcı təyyarələrinin Azərbaycana satılacağı barədə niyyətlərini kəskin tənqid etməklə kifayətlənmirlər, hətta Rusiyanı satqın adlandıraraq təhqirlərə də yol verirlər.

Məlumdur ki, keçən il Rusiya Ermənistana SU 30 qırıcı təyyarələri vermişdi və dekabr ayında təyyarələrin birinci partiyası İrəvan aerodromuna çatdırılmışdı. Ermənistan müdafiə naziri D.Tonoyan ikinci partiyanın da 2020-ci ilin ilk aylarında gətiriləcəyini bildirmişdi. Ermənilər bu təyyarələri alandan sonra o qədər eyforiyaya qapılmışdılar ki, hətta siyasi partiya liderlərindən biri demişdi ki, bu təyyarə sürət yığanda artıq Bakının üzərində olacaq.

Bu günlərdə RF hərbi-texniki əməkdaşlıq Federal xidmətinin mətbuat katibi “İnterfaks” agentliyinə verdiyi məlumatda bildirib ki, hərbi aviasiyanın verilməsi barədə məsələni Azərbaycanla müzakirə etməyə hazırdırlar. Qeyd edək ki, Azərbaycan MN-in nümayəndə heyətinin də Rusiyanın aviazavodlarında olması barədə də məlumatlar mətbuatda yayıldıqdan erməni mediasının aqressivliyi daha da artıb. Onlar Bu razılaşmanı Rusiyanın məğlubiyyəti kimi dəyərləndirib. Fikirlərini də onunla əsaslandırmaq istəyirlər ki, bu Türkiyənin Rusiya üzəruində qələbəsidir. Regionda Türkiyənin gücü daha da artır. Erməni siyasi icmalçıların qənaətinə görə Rusiya bu coğrafiyada təhlükəsizliyini yalnız “Ermənistanla birləşib Azərbaycana qalib gəlməklə” təmin edə bilər. Onlar bir az da irəli gedərək -“ Azərbaycana hərbi təyyarə satmağa qərar verən insanlar, Rusiya dövlətçiliyinin əleyhinə qərar veriblər və dövlətçilklərini Bakı və Ankaraya satıblar” kimi Rusiyanın ünvanına təhqiredici ifadələr işlətməkdən çəkinmədiklərini göstərir və sanki bununla da Rusiyanı qınağa dolduracaqlarını güman edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.