OPEC + ölkələri neft hasilatını sutkada 10 milyon barel azaltmağa dair razılığa gəliblər

10-04-2020, 00:29           
OPEC + ölkələri neft hasilatını sutkada 10 milyon barel azaltmağa dair razılığa gəliblər
OPEC + ölkələri ümumilikdə may-iyun aylarında neft hasilatını sutkada 10 milyon barel ilə məhdudlaşdırmaq barədə razılığa gəldilər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə danışıqlarda iştirak edən mənbədən bildiriblər.

Bildirilib ki, Rusiya və Səudiyyə Ərəbistanı üçün bu, onların neft hasilatı səviyyəsindən 23 faiz azalma deməkdir.

Bundan əvvəl, İran neft naziri Bijan Namdar Zanqane Shana-ya verdiyi müsahibədə bildirib ki, OPEC + ümumi hasilatı gündə 10 milyon barel azaltmaq barədə razılaşmalarına gəldikdə, hər bir ölkənin xammal istehsalını 22% azaldacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru