Zaxarova: Onlar qan tökmək istəyir

10-04-2020, 08:53           
Zaxarova: Onlar qan tökmək istəyir
Suriyanın İdlib bölgəsində terrorçular atəşkəsi pozmaqda davam edir, M-4 magistralındakı patrul fəaliyyətinə mane olurlar.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Sözçü Əl-Tanf və Fəratın şərqindəki vəziyyətin narahatlıq doğurduğunu bildirib:

“İdlib təhlükəsizlik zonasında rus-türk razılaşmasının tətbiqi yönündə işlər davam etdirilir. Ümumi olaraq atəşkəsə əməl edilir, lakin terrorçular fəaliyyətimizi pozmaq cəhdlərini də dayandırmır. Xüsusilə M-4 magistralında patrul fəaliyyətinə mane olurlar. Bu, İdlibin nəzarətinin terrorçuların əlində olduğunu bir daha təsdiq edir. Onlar qan tökmək niyyətindədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru