Elmar Məmmədyarov Sergey Lavrovla koronavirusla bağlı vəziyyəti müzakirə edib
11-04-2020, 00:02
Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub.
Teref.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən APA-ya məlumat verilib. Bildirilib ki, nazirlər iki ölkədə koronavirusla bağlı vəziyyəti, COVID-19 virusunun yayılmasına qarşı atılan addımları müzakirə ediblər .