Qarabağda müharibə ssenarisi: ağır artilleriya, aviasiya zərbələri...

26-12-2015, 01:29           

Rusiya KİV son günlər Dağlıq Qarabağda müharibə olacağına dair ehtimallar irəli sürülür.

Publika.az xəbər verir ki, “Live Journal” nəşri isə daha da irəli gedərək, Qarabağ müharibəsinin ssenarisini təqdim edir.

1. Azərbaycan işğal olunmuş ərazilərini azad etmək üçün ağır texnikadan istifadə edəcək.

2. Türkiyə Azərbaycanı dəstəklədiyini elan edəcək və mümkündür ki, Ermənistan aviasiya zərbələri ilə bombalanacaq.

3. Rusiya Gümrüdəki hərbi bazasını möhkəmləndirməyə və erməniləri dəstəkləməyə məcbur olacaq. Ehtimal ki, Moskva Suriyadakı qoşunlarını qismən azaldacaq. ABŞ istəyir ki, Rusiya Əsədi də özü ilə götürərək Suriyadan çıxsın.

Nəşr əlavə edib ki, bütün ehtimallara rəğmən, Azərbaycanın Dağlıq Qarabağı azad etməyinə şans yaranıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.