Rusiya Əsədi Qərbə verir: - İlk mesajlar…

13-01-2016, 11:38           
Rusiya Əsədi Qərbə verir: - İlk mesajlar…
Kreml Əsədi bu və ya digər sanksiyaların ləğv olunması üçün bir növ mübadilə predmeti kimi təklif etmək istəyir.

Bu barədə Axar.az-a Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu açıqlama verib. Rusiya prezidentinin Almaniya mətbuatına müsahibəsini şərh edən politoloqun sözlərinə görə, Moskva Əsəd naminə öz maraqlarını güdaza verməyəcək:

“Əslində, bəzi İran rəsmiləri də əvvəllər bildirmişdilər ki, Rusiya Suriya amilindən və Bəşər Əsəddən yalnız bir alver predmeti kimi istifadə etməyə çalışır və belə də edəcək. Əslində bu, bir çoxları üçün anlaşılan idi. Rusiyanın durumu olduqca çətindir. Kreml indi sanksiyalarla üzləşir və bu, getdikcə daha da dərinləşir. Təbii ki, Moskva Əsəd rejimini sona qədər müdafiə edib, öz maraqlarını güdaza verməyəcək. Putinin Almaniya mətbuatına son çıxışları siyasi mesaj kimi qəbul olunmalıdır. Görünür, Rusiya Suriya və Əsəd məsələsində Qərblə danışmağa hazırdır. Yəni Kreml Əsədi bu və ya digər sanksiyaların ləğv olunması üçün bir növ mübadilə predmeti kimi təklif etmək istəyir”.

Qeyd edək ki, Vladimir Putin Almaniyanın “Bild” qəzetinə müsahibəsində Əsədə sığınıcaq verilməsi məsələsindən danışıb. Eyni zamanda, Rusiya dövlət başçısı Əsədin Suriya məsələsinə böyük səhvlərə yol verdiyini də açıq şəkildə dilə gətirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.