Blinken Çini ABŞ-ın əsas problemi adlandırıb

4-03-2021, 08:06           
Blinken Çini ABŞ-ın əsas problemi adlandırıb
ABŞ-ın Xarici İşlər Naziri Entoni Blinken ölkənin xarici siyasəti barədə danışarkən bir sıra ölkələrin adlarını hallandırıb.

APA Reuters-ə istinadən xəbər verir ki, Blinkenin sözlərinə görə, Rusiya, İran və Koreya Xalq Demokratik Respublikası daxil olmaqla, bəzi ölkələr ABŞ üçün ciddi problemlər yaradır.

ABŞ-ın baş diplomatı əlavə edib ki, Çinin çağırışı bir az fərqlidir: “Çinlə mümkün olduğu təqdirdə əməkdaşlıq etmək, lazım olduğu yerlərdə rəqib kimi davranılacaq: “Çin ABŞ-ın əsas problemidir və buna güc mövqeyindən yanaşmaq lazımdır. Çin sabit, açıq beynəlxalq sistemə ciddi şəkildə meydan oxumağa qadir olan yeganə ölkədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru