Avropa dəyişir: İsrail yenidən əsas oyunçuya çevrilir
14-02-2016, 19:39
İsrail və Avropa Birliyi münasibətlərin normallaşdırılması ilə bağlı razılığa gəliblər.
Axar.az xəbər verir ki, bunu hökumətin iclasında çıxışı zamanı İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.
Qeyd edək ki, bir müddət öncə Avropa Komissiyası Fələstinin işğal olunmuş ərazilərində (İordan çayının qərb sahili, Qolan təpələri və Şərqi Qüds nəzərdə tutulur – red.) istehsal olunan İsrail məhsullarına qarşı xüsusi etiketlənmənin tətbiqi ilə bağlı qərar verib. Bu qərar İsrailin kəskin etirazına səbəb olub. Məhz bundan sonra İsrail Avropa Birliyi ilə Yaxın Şərqdəki konfliktlərin həlli sahəsindəki əməkdaşlığını dondurub. Buna həmçinin Avropa Birliyinin bir sıra ölkələrinin Fələstinin müstəqilliyini tanıması da şərait yaradıb.