Medvedyev:“Quru hərəkatı Suriya probleminin həllini uzada bilər”

15-02-2016, 09:30           

"Kerrinin açıqlamasını oxudum. Digər koalisiya tərəfdaşlarıyla quru hərəkatı başlatmağa hazır olduqlarını deyib. Əgər uzunmüddətli müharibə istəyirsə quru hərəkatına da başlaya bilər, başqa tədbirlərə də...”
Strateq.az xəbər verir ki, bu sözləri Rusiyanın baş naziri Dmitriy Medvedyev ABŞ dövlət katibi Kerrinin bir açıqlamasını şərh edərkən deyib.
O, “Euronews” kanalına açıqlamasında daha sonra bildirib ki, ancaq heç kimi qorxutmağa ehtiyac yoxdur: “Xarici işlər naziri Lavrovla görüşdə nəyə razılaşıblarsa, onu həyata keçirmək lazımdır. Yoxsa, 'hər şey ssenariyə uyğun getmirsə, digər ərəb ölkələriylə birlikdə quru hərəkatına başlayarıq” demək lazım deyil. Mən bir daha təkrar edirəm, kimsə yeni bir döyüş istəmir. Ancaq quru hərəkatı, uzunmüddətli müharibə demək. Bunu anlamaq lazımdır. "












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.