“Dilqəmlə Şahbaz heç bir halda Azərbaycana qaytarılmayacaq” - Ermənilər RAZILAŞMIR
17-02-2016, 14:04
Dağlıq Qarabağdakı separatçı rejimin “baş prokuroru” Artur Mosiyan Xankəndində keçirdiyi mətbuat konfransında girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama verib.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mosiyan kəlbəcərli girovların heç bir halda Azərbaycan tərəfi ilə dəyişdirilməyəcəyini deyib.
“Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni əsirlərlə dəyişdirilə bilməz çünki onlar Qarabağ ərazisində ağır cinayətlər (?) törədiblər və layiqli cəzalarını alıblar”.
Artur Mosiyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin “Skayp” vasitəsilə yaxınları ilə danışmaq imkanından söz açarkən, bu məsələ ilə bağlı heç bir beynəlxalq təşkilatın “Dağlıq Qarabağ rəsmləri”nə müraciət etmədiyini də deyib.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sdəri Əli Həsənov Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni məkhumlarla dəyişdirilə biləcəyini demişdi. O həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə Cenevrədə keçirdiyi görüş zamanı girovların öz yaxınları ilə “Skayp” vasiləsilə danışmasını müzakirə etdyini bildirmişdi.