Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlər – SİYAHI
17-02-2016, 20:35
Azərbaycanın işğal olunmuş ərazilərində 20-dən artıq ölkənin şirkəti qanunsuz fəaliyyət göstərir. Cümhuriyyət.az-ın Dailykarabakh saytına istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu ölkələri – ABŞ, Fransa və Rusiyadan olan şirkətlər də Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərirlər. Siyahıda olan digər ölkələr aşağıdakılardır: 1. Almaniya 2. Argentina 3. Avstraliya 4. Böyük Britaniya 5. Çin 6. Fransa 7. İsveçrə 8. Kanada 9. Birləşmiş Ərəb Əmirlikləri 10. Litva 11. Livan 12. Uruqvay 13. Yunanıstan 14. İtaliya 15. Niderland 16. Polşa 17. Belçika 18. Hindistan 19. İran Araşdırmalardan məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən şirkətlərin əksəriyyəti mobil operatorlar və turizm şirkətləridir. Artıq Azərbaycan hökuməti ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya və İrana bununla bağlı öz rəsmi etiraz məktublarını təqdim ediblər və bu iş intensiv olaraq həyata keçiriləcək.