Baltikyanı ölkələrdən Rusiyaya qarşı Çex Respublikasına dəstək

24-04-2021, 08:28           
Baltikyanı ölkələrdən Rusiyaya qarşı Çex Respublikasına dəstək
Baltikyanı ölkələrin səlahiyyətliləri Çex Respublikası ilə həmrəylik əlaməti olaraq bir neçə rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəliblər.

Bu barədə “RİA Novosti” xəbər yayır.

“Latviya həm öz ərazilərində, həm də tərəfdaşları və müttəfiqlərinin ərazilərində təxribatçı fəaliyyətlərə dözməyəcək”, - deyə ölkənin Xarici İşlər naziri (XİN) Edqars Rinkeviç bildirib.

Litva Rusiya səfirliyinin iki əməkdaşını Moskvaya göndərəcək. “Diplomatik statusları ilə uyğun olmayan fəaliyyət göstərdiklərini”, - deyə Litva XİN-dən xəbər verilib.

Onlara Litvanı tərk etmək üçün yeddi gün vaxt verilib.

Eyni zamanda, Estoniya da Çexiya ilə həmrəylik nümayiş etdirərək bir rusiyalı diplomatı ölkədən çıxarır. Bu barədə Estoniya XİN-dən bildirilib.

Qeyd edək ki, daha əvvəl Çexiya Rusiyanı 2014-cü ildə silah-sursat anbarında baş verən partlayışda günahlandırmışdı. Praqa xüsusi xidmət orqanlarında çalışmaqda şübhəli bilinən 18 diplomat ölkədən qovulub. Moskva cavab olaraq Çex səfirliyinin 20 işçisini “persona non grata” (arzuolunmaz şəxs) elan edib.oxu

Sonra Çexiya səlahiyyətliləri Rusiya səfirliyinin işçilərinin sayını daha da azaltmağa qərar verdi. Diplomatik nümayəndəlikdə Çexiyanın Moskvadakı səfirliyi ilə eyni sayda insan çalışacaq: yeddi diplomat və 25 texniki işçi. Rusiya uyğunsuzluğu nəzərə alaraq Çex səfirliyinin tərkibinin azaldılmasını tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru