Ukraynada daha bir partiya koalisiyadan çıxdı

18-02-2016, 20:37           
Ukraynada daha bir partiya koalisiyadan çıxdı
Ukraynadakı radikal “Özünəkömək” partiyası da hakim koalisiyadan çıxıb.

Bu barədə fevralın 18-də fraksiyanın lideri Oleg Berezyuk məlumat verib.

Onun sözlərinə görə, fraksiya bununla bağlı Ali Radanın sədri Vladimir Groysmana rəsmi müraciət təqdim edib.

Qeyd edək ki, bundan əvvəl keçmiş baş nazir Yuliya Timoshenkonun “Batkivşina” partiyası da hakim koalisiyadan çıxdığını bəyan edib.

Bu partiyalar hakim koalisiyanı dövlər quruluşuna sui-qəstdə və xalqı uçuruma aparmaqda günahlandırırlar.

Narazılığa səbəb isə baş nazir Arseniy Yatsenyukun etimad səsverməsindən qalib çıxması olub, və onlar bunu xəyanət hesab edirlər.

Bu partiyalar həmçinin prezident Poroshenkonu bu oyunda iştirakda günahlandırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.