"İran SSRİ-nin taleyini yaşayacaq"
19-02-2016, 02:34
İran rejimində dürüst və ölkəsinə bağlı insanlar çatışmır. İran İslam Respublikası SSRİ-nin taleyini yaşayacaq.
Axar.az xəbər verir ki, bu sözləri İranın Korqozaran Sazendeqi Partiyasının idarə heyətinin üzvü Səid Leylaz ABŞ-ın Milli Xalq Radiosuna (NPR) açıqlamasında deyib.
O, İran rejiminin mövcud problemləri həll etməkdə aciz olduğunu söyləyib:
“İran rejimində dürüst və ölkəsinə bağlı şəxslər çatışmır. Demək istədiyiimi anlayırsınız? SSRİ-nin başına gələn də bu idi. İran İslam Respublikası SSRİ ilə eyni taleyi yaşayacaq”.
Leylaz İranda iqtisadi porblemlərlə bağlı bunları bildirib:
“İqtisadiyyatdakı problemlər sanksiyalardan deyil, yanlış idarəetmədən qaynaqlanır. Mən də bir çox iranlılar kimi dövlət qurumlarının ölkənin milyardlarla dollar neft gəlirini oğurladığını düşünürəm. Son 10 ildə 300- 400 milyard dollar yoxa çıxıb. Dövlət mən və mənim kimi təcrübəli şəxslərdən faydalanmalıdır”.