Amal Kluni İrəvana gedir — Erməni “soyqırımı”nın ildönümünə

20-02-2016, 10:07           

Hollivud aktyoru Corc Kluni və onun vəkilliklə məşğul olan həyat yoldaşı Amal Kluni bu il fevralın 22-də Yerevana gedəcəklər.

teref.az virtualaz.org-a istinadən xəbər verir ki, Corc və Amal Kluni erməni “soyqırımı”nın ildönümü münasibətilə keçirilən tədbirlərə qatılacaq, habelə erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyanın təsis etdiyi mükafatın təqdim edilməsi mərasimində iştirak edəcəklər.

Vardanyanın “100 həyat” adlı layihəsinin amerikalı həmtəsisçisi Nubar Afeyan təsdiq edib ki, Corc Kluni və Amal Kluni mərasimdə iştirak edəcək. O, başqa məşhur şəxslərin də bu layihə ilə əməkdaşlıq etməyə hazır olduğunu deyib.

Xəbər verildiyi kimi, Amal Kluni “Azadlıq” radiosunun əməkdaşı, hazırda həbsdə olan Xədicə İsmayılın işi üzrə Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı iddianı müdafiə edəcək. Amal Kluni Livan əsillidir, erməni mənşəlidir və bundan əvvəl “erməni soyqırımı”nın müdafiəsi üzrə bəzi qalmaqallı proseslərə qatılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.