«Prezident İlham Əliyevin fəaliyyətini dərindən öyrənmək və təbliğ etmək çox vacib məsələdir» - Bəyanat
22-02-2016, 10:27
teref.az- Səbail rayonu 6 saylı məktəb-liseyin kollektivi Azərbayjan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi, məktəbin məzunu İlham Əliyevin fəaliyyətini dərindən öyrənmək və təbliğ etməyə çağırmışdır.
teref.az xəbər verir ki, məktəbin direktoru, əməkdar müəllim Gülşən Orujova bu sözləri Səbail Rayon İjra Hakimiyyətində keçirilən 2015-ji ilin yekunlarına həsr olunmuş hesabat yığınjağındakı çıxışında səsləndirmişdir. O, qeyd etmişdir ki, məktəb kollektivi fəxr edir ki, bu gün dünyanın ən nüfuzlu siyasi xadimlərindən olan İlham Əliyev məhz bu məktəbin məzunudur. Prezident İlham Əliyevin fəaliyyəti nətijəsində ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, böyük iqtisadi uğurlara imza atılmışdır. Bütün bunlar jənab İlham Əliyevin xüsusi istedada malik, dahi siyasi xadim olduğunu br daha sübüt edir.
Bu gün məktəbdə təhsil alan şagirdlər ölkə başçısının həyat yolu ilə yaxından maraqlanır, onun daha dərindən öyrənilməsinə ehtiyaj olduğunu bildirirlər. Məktəb kollektivinin xahişi ilə bu dahi şəxsiyyətin fəaliyyətinin dərindən öyrənilməsi məqsədi ilə «İlham Əliyev və Azərbaycan - inkişaf və perspektivlər» mövzusunda elmi-praktiki konfrans keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanmışdır. Məktəb kollektivi Səbail rayonunun digər təhsil müəssisələrinin kollektivlərini də bu təşəbbüsə qoşulmağa çağırmış və Səbail Rayon İjra Hakimiyyətini də bu işlərdə onlara dəstək olmağı xahiş etmişdir.