“Hər bir icra başçısının qarşısında konkret vəzifələr qoyulub" - PA-dan xəbərdarlıq

22-02-2016, 13:00           

Prezident Adminstrasiyasından Rayon İcra Hakimiyyətlərinə özündə preventiv tədbirləri əks etdirən fəaliyyət proqramı göndərilib.

Həmin proqramda hər bir rayonun potensialına müvafiq olaraq yeni iş yerlərinin açılması tələb olunur. Hazırda bütün rayonlarda bu istiqamətdə addımlar atıldığını iddia edən qaynağımız mart ayının sonlarına doğru "əyalət padşahları”nın bəzilərinin vurulacağını bildirir:

"Hər bir icra başçısının qarşısında konkret vəzifələr qoyulub. Buraya rayonda narazılıqların minimuma endirilməsindən tutmuş, yeni iş yerlərinin açılmasına qədər çoxsaylı məsələlər əks olunub. Mart ayının əvvəlindən başlayaraq isə icra başçıları növbə ilə Prezident Adminstrasiyasına çağırılacaq və onlardan son üç ayın hesabı sorulacaq. Onlardan konkret olaraq rayonda neçə iş yerinin açılması, hansı sahibkarlıq obyektlərinin fəaliyyətə başlaması, hansı sahibkarlara hansı köməkliyin göstərildiyi və s. haqda hesabat tələb olunacaq. Hesabatın yekunu olaraq isə bəzi icra başçılarının vəzifələrini itirəcəyi gözlənilir”.

Savash.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.