Elman Türkoğludan müsavatçılara SON XƏBƏRDARLIQ
23-02-2016, 13:28
“Mənim Müsavat Partiyasının üzvləri haqqında nə vaxtsa, artıq-əskik yazdığımı, danışdığımı eşitmisinizmi? Xəyanətkar Əli Kərimli və onun dəstəsi müsavatçıları söyüb-təhqir edəndə, mən sizləri müdafiə etmişəm”.
Hafta.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü, istiqlalçı bayraqdar Elman Türkoğlu deyib. Elman Türkoğlu bəzi Müsavat Partiyası üzvlərinin onun haqqında lazım olmayan sözlər işlətdiklərinə görə bərk incidiyini və ona qarşı səsləndirilən fikirlərə son verilməsini bəyan edib. Keçmiş AXCP-çi əks təqdirdə, həmin müsavatçıların cavabını artıqlaması ilə verəcəyini bəyan edib:
“Mənim keçmiş başqan İsa bəyə, yaxud da hazırkı rəhbəriniz Arif Hacılıya hansısa bir nalayiq ifadə işlətdiyimi görmüsünüz? Xəyanətkar Əli Kərimli və onun dəstəsi müsavatçıları söyüb-təhqir edəndə, mən sizləri müdafiə etmişəm. Sizin adınızdan mən ona cavab vermişəm. Onlar sizi söyəndə, mənə yalvarırdınız ki, bəy, biz Kərimli tərəfdarlarına cavab verə bilmirik. Onları susdurmağımı məndən xahiş edirdiniz. İndi nə olub sizə, həmin Kərimli haqqında bir söz deyən kimi üstümə hücum çəkirsiniz?! Deyəsən, gündüzlər bir–birinizi qırıb, gecələr barışırsınız. Müsavatın bəzi başıpozuqlarına xəbərdarlıq edirəm: İblisi – şeytan Əli Kərimova görə mənə güldən ağır söz desəniz, elə sözlər söyləyərəm ki, dəymişiniz dura–dura kalınız tökülər”.
Qeyd edək ki, mövzu ilə əlaqədar bütün tərəflərin mövqeyini verməyə hazırıq.