"Regionlardakı aeroportlar özəlləşdirilməlidir"

23-02-2016, 16:39           

"Azərbaycanın aviasiya sahəsində rəqabətin təmin olunması üçün regionlarında yerləşən aeroportlar özəlləşdirilməlidir".

teref.az Report-a istinadən bildirir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin plenar iclasında deyib: "Ölkədə yeni aviaşirkətlər yaradılmalıdır ki, vəziyyəti dəyişə bilək".

Millət vəkilinin sözlərinə görə, hazırda sahibkarlar gözləmə mövqeyi tutublar: "İdxalla məşğul olanlar gözləyirlər ki, hökumət rüsumları aşağı salacaq. Digərlərin də kreditlərə çıxış imkanları aşağıdır. Hazırda manatla kreditlər verilmir, dollarla kredit isə götürmürlər, çünki hələ də devalvasiyanın sona çatdığına əminlik yoxdur".

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycanda iqtisadi böhran yox, çətinliklər var: "Hökumətin də həmin çətinliklərdən çıxış üçün tədbirləri var".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.