"Azərbaycan həmişə İrana sanksiya tətbiq edilməsinin əleyhinə olub" - İlham Əliyev

23-02-2016, 17:07           
"Azərbaycan həmişə İrana sanksiya tətbiq edilməsinin əleyhinə olub" - İlham Əliyev
"Azərbaycan həmişə İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib”.

APA-nın IRNA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan prezidenti İrana tətbiq edilən sanksiyaların götürülməsindən çox şad olduğunu deyib, İran xalqını və prezidentini təbrik edib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti İranda səfərdədir. Səfər zamanı iki ölkə arasında müxtəlif sahaələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.