Gürcü patriarxın İlham Əliyevdən “vətəndaşlıq xahişi”
26-02-2016, 22:53
Qaxın Müqəddəs Georgi məbədində kilsə xidmətlərinin bərpası məqsədilə bütün Gürcüstanın patriarxı II İliya Azərbaycan prezident İlham Əliyevdən din xadimi protopresviter Petr Xumaraşviliyə Azərbaycan vətəndaşlığının verilməsini xahiş edib. Virtualaz.org bildirir ki. bu barədə gürcü KİV-ləri məlumat yayıb. Məlumata görə, özündə patriarxın xahişini əks etdirən məktubu Azərbaycan rəhbərliyinə 4 ay əvvəl göndərilib. “İki ay ərzində yekun cavabın verilməsini gözləyirik. Bu proses yekunlaşdıqdan sonra Azərbaycanın Dini Komitəsinin razılığı ilə biz Müqəddəs Georgi məbədində ibadəti bərpa edəcəyik”, – deyə yepiskop Dmitri Kapanadze bildirib. Qeyd edək ki, qüvvədə olan qanunvericiliyinə əsasən ölkə ərazisində yalnız Azərbaycan vətəndaşları dini təbliğatla məşğul ola bilərlər.