Azərbaycana casusluqda ittiham olunan erməni haqda Şok Faktlar

3-03-2016, 12:39           
[img]http://teref.az/uploads/posts/2016-03/1456990800_1.jpg[/imgAzərbaycanın xeyrinə casusluqda ittiham edilən Karine Qumaşyan zabit oğlunu da casusluğa cəlb etməyə çalışıb.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə Karinenin oğlu leytenant Tiqran Karapetyan məhkəmədə bildirib.

Onun sözlərinə görə, anası Türkiyəyə gedib və bir müddət sonra ailəsinə ayaqqabı fabrikində işlədiyini bildirib. Əvvəlcə, o internet üzərindən onlarla əlaqə saxlayaraq, yalnız məişət məsələlərini müzakirə edirmiş. Daha sonra qadın oğlunun xidmət etdiyi hərbi hissənin yeri haqqında məlumatlar soruşmağa başlayıb.

Qadın danışılası ciddi məsələlərin olduğunu bildirərək oğlunun olduğu hərbi hissəyə gəlib. Onun yanında Vanadzordan Karine adında qadın da olub.

“Mənə dedi ki, Türkiyədə Ermənistana, daha dəqiq orduya kömək etmək istəyən fransız mesenatla tanış olub. Amma o, pulların düzgün məqsədlərlə istifadə olunacağına əmin olmaq istəyir”, - deyə Tiqran Karapetyan ifadəsində bildirib.

“Bunun üçün ona bəzi şeyləri bilmək lazımdır, məsələn, əsgərlər necə qidalanırlar və s. Mənim adımdan Armanla yazışmanı göstərdi. Sonra anladım ki, bu erməni ordusu haqqında məlumatları yığan azərbaycanlıdır”, - deyə şahid qeyd edib.

Karinenin digər oğlu David Karapetyan bir müddət anasıyla Türkiyədə yaşayıb və ayaqqabı fabrikində işləyib. David ifadələrində qeyd edib ki, onlarla bir binada Vanadzordan olan Rafiq Papoyan (bu iş üzrə ittiham edilən şəxs-red) yaşayıb. Onun sözlərinə görə, mesenatla onun anasnı Rafiq tanış edib. “Anam ona dedi ki, qardaşım zabitdir. Əgər qardaşım ordu haqqında məlumatları bildirərsə, o bizə kömək etməyə söz verdi”, - David Karapetyan qeyd edib.

David əlavə edib ki, qadın onun xoşuna gəldiyindən onlar görüşməyə başlayıb və hər görüşdən sonra ona 200 dollar verirmiş. Məhkəmədə Karapetyan qardaşları ifadə və suallara cavab verməkdən imtina ediblər. Bundan başqa, onlar bildiriblər ki, müstəntiqlər onlara analarına qarşı ifadə verməmək hüququ haqqında bildirməyiblər.

Növbəti iclas martın 18-də olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.