Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan və Ermənistan liderlərilə görüşün nəticələrini müzakirə edib

27-11-2021, 08:04           
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan və Ermənistan liderlərilə görüşün nəticələrini müzakirə edib
Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı danışıqların nəticələrini müzakirə edib.

“Mən Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə apardığım müzakirələrin nəticələri və həmkarlarımla bugünkü iş zamanı əldə olunmuş razılaşmalar barədə qısaca məlumat verəcəyəm”, - deyə dövlət başçısı bildirib.

“Planlaşdırıldığı kimi, biz ən yaxın tərəfdaşlarımız və ən yaxın qonşularımızla, yəni MDB ölkələri ilə münasibətlərin bütün spektri haqqında daha ətraflı danışacağıq”, - Putin qeyd edib.

O, Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın təqdimatla çıxış edəcəyini vurğulayıb.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.