Ukraynada müharibəni necə dayandırmaq olar? - Amerikalı diplomt danışıb

29-12-2021, 08:48           
Ukraynada müharibəni necə dayandırmaq olar? -
Ukraynanın şərqində müharibəni ABŞ və Avropa İttifaqı tərəfindən Rusiyaya təzyiqlərin gücləndirilməsi şərtilə başa çatdırmaq olar.

Ukrayna üzrə ABŞ dövlətinin keçmiş xüsusi nümayəndəsi Kurt Volker belə hesab edir. «Qordon» ondan sitat gətirir.

Amerikalı diplomat əmindir ki, müharibəni o şəxs dayandıra bilər ki, onu başlayır. «Hər şey Putinin mövqeyindən asılıdır. O müharibəni başlayıb, o da dayandıra bilər. Nə üçün o müharibəni dayandırmalıdır?» - Volker sual verir və özü də ona cavab verir. «Fikrimcə, əgər o, ABŞ və Avropanın sanksiya, Ukraynaya hərbi kömək, diplomatik təzyiq və ifşa şəklində daha çox təzyiqini hiss edərsə. Hesab edirəm ki, bu, Putinin niyyətinə təsir göstərə bilər və müharibəni qurtarmaq üçün stimul olar» - Volker izah edib.

O, həm də əlavə edib ki, Vaşinqton Donbass məsələsində Kiyevə təzyiq göstərməli deyil ki, təcavüzün qarşılığında Rusiyanı mükafatlandırmış olsun.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru