Vyanada mühüm irəliləyiş var - Ulyanov

29-12-2021, 08:29           
Vyanada mühüm irəliləyiş var - Ulyanov
İranın nüvə proqramı üzrə danışıqlarda mühüm irəliləyiş olub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Tvitter hesabında qeyd edib.

“Bu gün Vyana danışıqları çərçivəsində nüvə məsələləri üzrə işçi qrupu faydalı görüş keçirib. Biz danılmaz irəliləyişləri müşahidə edirik. Qeyri-rəsmi görüşlərdə sanksiyaların ləğvi məsələsi fəal müzakirə olunur”, – Ulyanov vurğulanıb.

Qeyd edək ki, ötən gün Vyanada İranla bağlı nüvə danışıqlarının 8-ci raundu start götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru